AUT.AZ

Agenti ilə görüşdülər, 8 milyona razılaşdılar

“Barselona” Uruqvayın U-20 yığmasının kapitanı Fabrisio Diasla maraqlanır.

Aut.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu “Liverpul Montevideo”nun yarımmüdafiəçisinin transferində maraqlıdır. Artıq klub rəhbərləri futbolçunun agenti ilə görüşüb.

“Global Deportivo”nun məlumatına görə, “blauqrana” yarımmüdafiəçini 8 milyon avroya transfer etməyə razılaşıb. Klub hesab edir ki, Dias ikinci komandada oynamağa başlayacaq və “Barsa”nın əsas heyəti uğrunda mübarizə aparacaq.

“Barselona” mayın 20-də start götürəcək gənclər arasında dünya çempionatı başlamazdan əvvəl Diasın transferini həll etmək istəyir. Futbolçuya “Flamenqo” və “River Pleyt” də maraq göstərir.

Aut.az

Exit mobile version