AUT.AZ

150 milyon gətirin, aparın

“Napoli”nin hücumçusu Viktor Osimhenin “Bayern”in maraq dairəsində olduğu barədə məlumat vermişdik.

Aut.az xəbər verir ki, İtaliya təmsilçisi mümkün transferin əleyhinə deyil. Bu barədə “Bild” məlumat yayıb.

Bildirilir ki, futbolçu agentlərinə Münhen klubunda oynamaq istədiyini bildirib. “Napoli”nin prezidenti Aurelio De Laurentis də komandanın bombardirini 150 milyon avroya satmağa hazır olduqları barədə qarşı tərəfi məlumatlandırıb.

Münhen təmsilçisinin isə Osimhenə görə bu qədər pul ödəyəcəyi inandırıcı görünmür.

Qeyd edək ki, Viktor bu mövsüm “Napoli”nin heyətində 32 oyun keçirib. Onun aktivində 27 qol və 4 məhsuldar ötürmə var.

 

Exit mobile version