AUT.AZ

120 illiyi bu forma ilə qeyd edəcəklər – FOTO

“Atletiko” İspaniya La Liqasının 31-ci turunda “Malyorka”nı qəbul edəcək.

Aut.az xəbər verir ki, Madrid təmsilçisi sözügedən oyuna xüsusi forma ilə çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sabah – aprelin 26-da “Atletiko”nun 120 yaşı tamam olur. Klub bu səbəbdən “Malyorka” ilə görüşə mavi və ağ rənglərdən ibarət retro forma ilə çıxacaq.

Qeyd edək ki, aprelin 26-da baş tutacaq görüş saat 21:30-da başlayacaq.

Exit mobile version