AUT.AZ

Zaqrebdə rekord nəticə

Xorvatiyanın Zaqreb şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.

Aut.az xəbər verir ki, 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatları tarixində medalların əyarına görə, özünün ən yaxşı nəticəsinə imza atıb.

Qitə birinciliyində 145 xal toplayan yığmamız komanda hesabında 2-ci yeri tutub. Türkiyə 155 xalla çempion oldu. Gürcüstan isə 124 xalla 3-cü pillədə qərarlaşdı.

Xatırladaq ki, komandamızın heyətində Həsrət Cəfərovla (67 kq) Ülvü Qənizadə (72 kq) Avropa çempionu oldu. Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb.

Exit mobile version