AUT.AZ

Üç ölkədə klubu var, indi də İngiltərədə alır

Amerikanın “777 Partners” şirkəti “Everton”u almağa yaxındır. Aut.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, “777 Partners”in “Everton”u almaq hüququ uğrunda əsas rəqibi “MSP Sports” şirkətidir.

Amerika şirkəti, həmçinin İtaliyada “Cenoa”, Almaniyada “Herta” və Belçikada “Standard” klublarına sahibdir.

“777 Partners” üçün İngiltərə bazarı da yeni deyil: onlar artıq “London Layonz” klubunun nəzarət paketinə sahibdirlər.

Aut.az

Exit mobile version