AUT.AZ

Tülkü kimi hiyləgər, ağıllı insandır – Qurban haqda

“Akron”un baş məşqçisi Yevgeni Kaleşin “Rubin” və “Soçi”nin sabiq baş məşqçisi Qurban Berdıyev haqda danışıb.

Aut.az xəbər verir ki, Kaleşin Qurbana böyük hörmət bəslədiyini bildirib, ondan öyrəndiyini etiraf edib:

“Əvvəlcə Berdıyevin komandalarına qarşı oynamışam.  Qardaşım onun komandasında idi. Üstəlik, Berdıyev rəhmətlik atamı yaxşı tanıyırdı. Baxmayaraq ki, bir dəfə qardaşım vasitəsilə Berdıyevin yanında keçmək istəsəm də, həmin vaxt heç kimi yaxın buraxmırdı. Sonra mən “Tver”i çalışdırdım, o isə “Kayrat”da idi.

Hər iki klub Türkiyədə təlim-məşq toplanışı keçirirdi. Ona qədər ancaq telefon vasitəsilə əlaqə saxlayırdıq.

O, məndən futbolçularla bağlı rəy istədi, sonra isə otelə gəlməyi təklif etdi. Yəqin ki, 3-4 saat söhbətləşdik. Bəzi taktiki məqamlar, məşq prosesi haqda danışdıq, maraqlı idi. Ona böyük hörmətim var. Tülkü kimi hiyləgər, ağıllı insandır. Onun niyə belə nəticələr əldə etdiyi aydındır. Təkcə məşqçilik yox, həm də şəxsiyyət məsələsidir. O, rəhbərlik etməyi bacaran liderdir”.

Aut.az

Exit mobile version