AUT.AZ

Tərifə bax ey: Xviça yaxşıdır, amma məşqdəki Leaudur

“Milan”ın müdafiəçisi Davide Kalabria “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliyanı fenomenal oyunçu adlandırıb.

Aut.az xəbər verir ki, bununla belə, o, “rossoneri”nin hücumçusu Rafael Leaunun neapollu futbolçudan xeyli üstün olduğunu deyib.

“Kvaratsxeliya ilə qarşıdurma mənə zövq verdi, çünki belə oyunçulara qarşı oynamağı xoşlayıram. Deyəsən, o, gələcəkdə xüsusilə fenomenal olacaq və indi bəlkə də A Seriyasının ən yaxşı oyunçularından biridir. Amma Kvaratsxeliya məşqdəki Leaudur (gülür). Rafael “Napoli” ilə matçda olduğu kimi qaçmağa başlayanda, onu dayandırmaq çox çətindir.

Siz ümid etməlisiniz ki, onun günü olmasın, yoxsa qarşısını ala bilməzsiniz”, – DAZN Kalabriadan sitat gətirib.

Aut.az

 

Exit mobile version