AUT.AZ

Sneyder onu yerlə bir etdi: Klubun sahibi olsaydım

Niderland millisinin sabiq yarımmüdafiəçisi Uesli Sneyder “Çelsi”nin yarımmüdafiəçisi Entso Fernandes haqda danışıb.

Aut.az xəbər verir ki, Sneyder Fernandesin ümidləri doğrultmadığını bildirib.

“Əgər mən klubun sahibi olsaydım və tribunada olarkən Qallaharein sprintini görsəm, 100 milyon avroya aldığım oyunçu bunu etməsəydi, çox qəzəblənərdim!

Fernandesin əla oyunçu olduğunu düşünmürəm. Onun dünya çempionatında Messiyə necə kömək etdiyi barədə çox danışılırdı. Mən onun bunu “Çelsi”də edəcəyini düşünürdüm, amma aydındır ki, o, bundan çox uzaqdır”, – deyə RTL Sneyderdən sitat gətirib.

Aut.az

 

Exit mobile version