AUT.AZ

Şakərindən əl çəkmir, görün kimi istəyir

Bir mövsüm ərzində 600 milyon avro xərcləsə də, uğursuz çıxış edən “Çelsi” şakərindən əl çəkmir.

Aut.az xəbər verir ki, “zadəganlar” PSJ-nin braziliyalı hücumçusu Neymarı yaya transfer pəncərəsi zamanı heyətə cəlb etməyi düşünür. Bu barədə “Mirror” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Çelsi”nin sahibi Todd Bouli artıq  ötən qışda Neymarı transfer etmək imkanını müzakirə edib.

O da bildirilir ki, Neymarla “Çelsi”dən savayı ən azı daha bir Premyer Liqa klubu da maraqlanır.

Aut.az

Exit mobile version