AUT.AZ

Şərti var: məvacibi 3 dəfə qaldırın, yoxsa…

Meyson Maunt “Çelsi” ilə müqaviləni uzatmaq üçün şərt irəli sürüb.

Aut.az xəbər verir ki, London klubu və yarımmüdafiəçi müqavilənin uzadılması ilə bağlı müzakirələri davam etdirir. Hazırkı müqavilə 2024-cü ilin yayına qədərdir.

“Sky Sport”un jurnalisti Florian Plettenberqin sözlərinə görə, danışıqlar çətin gedir. İldə təxminən 5 milyon avro qazanan futbolçu maaşının 15 milyon avroya çatdırılmasını istəyir.

24 yaşlı ingilisin transferi ilə bağlı “Liverpul” ciddi iş görür.  “Mançester Siti” də yarımmüdafiəçi ilə maraqlanır.

Maunt bu mövsüm Premyer Liqada 24 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version