AUT.AZ

“Roma”nın əfsanəsi bu kluba azarkeşlik edirmiş

“Roma”nın sabiq futbolçusu Françesko Totti maraqlı açıqlama ilə gündəmə gəlib.

Aut.az xəbər verir ki, əfsanəvi yarımmüdafiəçi Roma təmsilçisindən başqa hansı komandaya azarkeşlik etdiyini açıqlayıb. O, “Real”ı dəstəklədiyini bildirib:

“Real” həmişə dəstəklədiyim ikinci klubdur. “Santiaqo Bernabeu” kimi arenada alqışlanmaq inanılmaz hissdir”.

Qeyd edək ki, Totti futbolçu karyerası ərzində yalnız bir klubda – 1992-2007-ci illərdə “Roma”da çıxış edib. Onun dəfələrlə “Real”a transferi gündəmə gəlib. Ancaq bütün hallarda doğma klubunda qalmağı seçib.

Maraq üçün əlavə edək ki, Tottinin Madrid klubu ilə münasibətləri yaxşı olub. Həttə həftəsonu “Real”ın düşərgəsini ziyarət edərək, rəhbərlik və komanda üzvləri ilə söhbət edib.

Aut.az 

Exit mobile version