AUT.AZ

“Qarabağ” daha 2 oyunda qol vursa…

“Qarabağ” Azərbaycan Premyer Liqasında qollu oyunlar seriyasını 16-ya çatdırıb.

Aut.az xəbər verir ki, 31-ci turda “Zirə”ni qəbul edən Qurban Qurbanovun komandası 2:2 hesablı heç-heçəyə imza atıb. 15-ci turda məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Ağdam klubu hər qarşılaşmada qol sevinci yaşayıb.

16 oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. “Qarabağ” 2021-ci ildə ardıcıl 15 matçda rəqib qapısına yol tapan “Neftçi” və “Zirə”ni geridə qoyub.

Qeyd edək ki, sonuncu dəfə daha uzun qol seriyasına 2019-cu ildə təsadüf olunub. 2018/19 və 2019/20 mövsümlərini əhatə edən vaxtda ağdamlılar 17 matçda meydanı qolsuz tərk etməyib. “Qarabağ” qarşıdakı 2 oyunda qol vurarsa, öz rekordunu yeniləyəcək.

Exit mobile version