AUT.AZ

Qapıçının 96-cı dəqiqədə qazandırdığı qələbə – VİDEO

Ötən yaz Fransa kubokunun yarımfinalına yüksələn “Versal”ı xatırlayırsınız?

O vaxt4-cü divizionda çıxış edən komandanın qarşısını yalnız Kristof Qaltyenin “Nitsa”sı ala bildi. Bu mövsüm tarixi şəhərin komandası artıq üçüncü liqada çıxış edir və ikinci liqaya yüksəlməyi hədəfləyib.

Klub ilk “5-lik”də qərarlaşıb və daha yüksək diviziona vəsiqə əldə etmək şansını qoruyur.

Amma indi “Versal” rəqiblərinin büdrəməsini gözləməklə yanaşı, özü də xal itirməməlidir.  “Sedan”la səfər oyununda az qala 1:1 hesablı heç-heçə qeydə alınacaqdı, əgər “Versal”ın qapıçısı köməyə gəlməsəydi.  96-cı dəqiqədə qapıçı Sebastyan  Reno künc zərbəsini dəqiq tamamlayaraq komandasına vacib oyunda qələbə qazandırıb.

Aut.az

 

Exit mobile version