AUT.AZ

PSJ Messi ilə bağlı qəti qərarı verdi

PSJ Lionel Messiyə yeni müqavilə təklif etməyəcək.

Aut.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb. Səbəb isə Paris klubunun transfer siyasətini dəyişməsidir.

Paytaxt təmsilçisi bundan sonra gənc fransalı futbolçuları heyətə cəlb edəcək. Yayda bahalı ulduz futbolçuların transferi gözlənilmir. Bəzi istisnalar ola bilər. Bu da gənc ulduzlara şamil ediləcək. Hazırkı komandada yer alam futbolçuların əksəri isə transferə çıxarılacaq.

Bu o deməkdir ki, Messi yayda ikinci dəfə azad agentə çevrilə bilər. 35 yaşlı forvardın gələcək taleyi “Barselona”nın maliyyə imkanlarından asılı olacaq.

Exit mobile version