AUT.AZ

Mövsümü bitirdi

“Bavariya” ciddi itki ilə üzləşib.

Aut.az xəbər verir ki, Münhen təmsilçisinin müdafiəçisi Alfonso Deyvis sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Bild” nəşri “Maynts”la oyunda (1:3) zədələnən futbolçunun mövsümün qalan hissəsini buraxacağını yazıb.

Deyvis bu mövsüm 38 oyunda 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version