AUT.AZ

Məşqçi futbolçunu yıxdı, rəqibin hücumunun qarşısını aldı

Hollandiya “Sparta”sının çalışdırıcısı rəqibin hücumunu pozduğu üçün qırmızı vərəqə alıb.

Aut.az xəbər verir ki, Rotterdam komandası Hollandiya çempionatının 30-cu turunda səfərdə “Tvente” ilə heç-heçə edib.

“Sparta” görüşü on nəfərlə başa vurub: 91-ci dəqiqədə hesabı bərabərləşdirən Şurandi Sambo qolu bayram edərkən rəqib azarkeşləri təxribata çəkdiyinə görə ikinci sarı vərəqə alıb.

99-cu dəqiqədə “Sparta”nın baş məşqçisi Moris Steynin köməkçisi Cefri Reysdeyik rəqibin hücumunu pozduğu üçün qırmızı vərəqə alıb.

“Tvente”nin müdafiəçisi Julio Pleqesuelo cinahla irəliləyərkən,  meydanın kənarında dayanan Reysdeyik futbolçunun ayağından tutaraq yerə yıxıb.

Bundan sonra futbolçular arasında əlbəyaxa dava başlayıb və “Sparta”nın çalışdırıcısı birbaşa qırmızı vərəqə alıb.

Aut.az

 

Exit mobile version