AUT.AZ

La Liqanın tərəfdaşı İngiltərə şirkəti oldu

La Liqada yeni mövsümdən bir sıra yeniliklər olacaq.

Aut.az xəbər verir ki, çempionatın rəhbərliyi yeni sponsorla anlaşıb. Eyni zamanda növbəti mövsümdə loqo da yeniləncəək.

İspaniya çempionatının bundan sonra əsas sponsoru dünyanın nəhəng oyun və texnologiyalar şrikəti “EA Sports” olacaq. İngiltərəyə məxsus şirkət Avropanın ikinci ən böyük milli liqasının əsas tərəfdaşı olacaq.

“Marca” nəşrinin məlumatına görə, “EA Sports” ilə müqavilə beş il müddətinə bağlanıb. İllik ödəniş məbləği 30 milyon avro təşkil edəcək. Bu da La Liqanın əvvəlki sponsor müqaviləsindən çox olacaq. 2016-cı ildən çempionatın tərəfdaşı olan “Santander” bankı hər il üçün 17 milyon ödəyirdi.

Növbəti mövsümün əvvəlindən çempionatın adı dəyişdirilərək La Liga EA Sports olacaq. Titul sponsorunun simvollarını turnirin yenilənmiş loqosunda da görmək mümkün olacaq.

Exit mobile version