AUT.AZ

Kadinin son durumu: üz sümüyü sınıb – VİDEO

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borgesin  Rusiya Premyer Liqasının 24-cü turunun “Spartak”la oyununda ciddi zədələndiyi haqda məlumat vermişdik.

İkinci hissənin əvvəlində o, hava mübarizəsində “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə toqquşub və huşunu itirib.

Aut.az xəbər verir ki, “Krasnodar”ın baş məşqçisi Vladimir İviç yarımmüdafiəçinin zədəsinin xarakterindən danışıb.

“Kadinin sözlərinə görə, o, hazırda xəstəxanadadır, anladığım qədər, üz sümüyünü sındırıb. Əlavə məlumat gözləyirik”, – deyə “Championat”ın müxbiri Andrey Pankov İviçdən sitat gətirib.

Aut.az

Exit mobile version