AUT.AZ

Kadi ölümdən döndü – VİDEO

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borges Rusiya Premyer Liqasının 24-cü turunun “Spartak”la oyununda ciddi zədələnib.

Aut.az xəbər verir ki, ikinci hissənin əvvəlində o, hava mübarizəsində “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə toqquşub.

Huşunu itirən futbolçunun dilinin qatlanmamsı üçün ona ilkin tibbi yardımı Cikiya özü göstərib.

Bundan sonra Kadi özünə gəlsə də, görüşü davam etdirə bilməyib. Onu meydandan elektromobillə aparıblar.

Qeyd edək ki, 27 yaşlı braziliyalı futbolçu 2021-2023-cü illərdə “Qarabağ”ın formasını geyinib.

Aut.az

Exit mobile version