AUT.AZ

“İnter”in vitse-prezidenti Azərbaycana niyə gəlir?

Argentina yığmasının və “İnter”in sabiq futbolçusu Xavyer Zanetti Azərbaycana gələcək.

Aut.az xəbər verir ki, keçmiş müdafiəçi bu barədə “instaqram” səhifəsində paylaşım edib.

Hazırda İtaliyanın “İnter” klubunun vitse-prezidenti postunda olan Zanetti səfərdə məqsədinin Azərbaycanda fəaliyyət göstərən “İnter” akademiyasının üzvləri ilə görüşmək olduğunu bildirib.

Zanetti 1995-2014-cü illərdə “İnter”də futbolçu kimi çıxış edib.

Exit mobile version