AUT.AZ

Hamı bu “ölüm öpüşü”ndən danışır – FOTO

“Mançester Yunayted” İngiltərə kubokunun yarımfinalında “Brayton”a çətinlik qalib gəlib.

Aut.az xəbər verir ki, əsas vaxtda komandalar qol vura bilməyiblər. Əlavə vaxtdan sonra tablodakı sıfırlar dəyişməyib. Finalçının adını müəyyənldirmək üçün oyunsonrası penaltilər seriyasına ehtiyac duyulub. Bu da uzun müddət davam edib.

“Qırmızı şeytanlar”da altıncı penaltini isə Vut Veqorst vurub. Niderlandlı hücumçu zərbəni dəqiq yerinə yetirdikdən sonra sonra maraqlı hərəkəti ilə diqqət çəkib. O, topu əlinə götürüb öpdükdən sonra “Brayton”da növbəti penaltini yerinə yetirəcək Solli Marça ötürüb.

Yarımmüdafiəçi Verqorstdan topu heç nə olmamış kimi qəbul edib və ağ nöqtəyə yaxınlaşıb. Mövsüm ərzində komandasına faydalı olan Març topu qapının üstündən vurub.

Sollidən sonra topa yaxınlaşan “Yunayted”li Viktor Lindelöfün zərbəsi dəqiq olub. Nəticədə Mançester təmsilçisi 21-ci dəfə İngiltərə kubokunun finalına vəsiqə qazanıb.

Gərgin oyundan sonra “Mançester Yunayted” azarkeşləri sosial şəbəkələrdə aktiv olublar. Onlar Verqorstu qələbənin memarı kimi təqdim edirlər. Fanatların fikrincə, niderlandlı futbolçunun hərəkəti komandalarına faydalı olub. Məhz onun mənəvi təzyiqinə görə rəqib futbolçu penaltini qaçırıb. Vutu bu bacarığına görə xeyli tərifləyirlər:

Maraq üçün qeyd edək ki, Verqostun qış transfer pəmcərəsində “Beşiktaş”dan “Mançester Yunayted”də transferi birmənalı qarşılanmayıb. Onun uğursuz çıxışı – meydana çıxdığı 20 oyunda 2 qol vurub, cəmi 1 məhsuldar ötürmə verməsi azarkeşlər tərəfindən daim tənqid edilib. Ancaq görünür ki, 30 yaşlı niderlandlı forvard finaldakı hərəkəti ilə onların könlünü ala bilib.

Exit mobile version