AUT.AZ

Həvəskarlar liqasında yaşananlar: Azərbaycanla müqayisə edin və… – VİDEO/FOTO

“Rekshem” bunu bacardı: beşinci divizionda qalib gəldilər və 15 ildən sonra peşəkar liqaya qayıtdılar (İngiltərə futbolunun piramidasında ilk dörd divizion peşəkar statusa malikdir).

Həlledici görüşdə komanda “Boreham Vud”a 3:1 hesabı ilə qalib gəlib. Oyun pis başladı: “Rekshem” artıq 43-cü saniyədə qol buraxdı. Amma 15-ci dəqiqədə hesabı bərabərləşdirdilər, ikinci hissədə isə Pol Mullin tarixi dubl etdi.

Final fitindən sonra stadionda yaşananları görməyə dəyərdi.  Fanatlar meydançaya qaçdılar. Komandanın sahibləri – Hollivudun məşhur  aktyorları Rayan Reynolds və Rob MakElhenni gözlərinə inana bilmirdilər. İngiltərənin həvəskar liqasında baş verənlərdən bəzi fraqmentləri təqdim edirik: Baxın və Azərbaycan Premyer Liqası ilə müqayisə edin.

Edin və “niyə onlarda futbol belə inkişaf edir” sualına özünüz cavab tapın.

Aut.az

Exit mobile version