AUT.AZ

Bu derbidə heç vaxt nifrət olmayıb

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko Çempionlar Liqasının 1/2 final mərhələsinin “İnter” – “Milan” oyunları ilə bağlı fikirlərini bölüşüb.

“Möhtəşəm bir axşam olacaq, özüm belə derbinin iştirakçısı olduğum üçün bu qarşılaşmanı səbirsizliklə gözləyirəm.

Oyunlardan əvvəl bir-birimizlə emosiyaları bölüşərək yatmağa çalışırdıq, amma “San-Siroya” çıxan kimi diqqətimiz yalnız oyunda olurdu.

Təbii ki, gərginlik çox idi, amma əsasən ehtiras və rəqibə qarşı hörmətli davranış vardı. Milan derbisində heç bir nifrət yoxdur”, – “La Gazzetta dello Sport” Andrey Şevçenkodan sitat gətirib.

Xatırladaq ki, Çempionlar Liqasının digər yarımfinal oyununda “Real” və “Mançester Siti” üz-üzə gələcək.

Aut.az

 

Exit mobile version