Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
Aut.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv digər azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandasını – “İnqulets”i qəbul edib. Tərəflər bu oyundan qolsuz ayrılıblar – 0:0.
Mustafayevlə Nağıyev də bu görüşün iştirakçısı olublar. Onların hər ikisi start heyətində meydana çıxıblar. Emil 75-ci dəqiqədə əvəzlənibsə, Dmitri sonadək oynayıb.
“Aleksandriya” hazırda 34 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. “İnqulets” isə 26 xalla 9-cu sıradadır.