AUT.AZ

Avropa futbolunda belə şey olmamışdı

“Barselona” tarixi rekorda imza atıb.

Aut.az xəbər verir ki, Xavi Ernandesin rəhbərlik etdiyi komanda Avropanın Top-7 liqası tarixində 30 tur ərzində 10-dan az qol buraxan ilk komanda olub. Kataloniya təmsilçisi La Liqanın 30-cu turunda “Atletiko” üzərində 1:0 hesablı qələbə qazanaraq bu göstəriciyə nail olub.

“Barsa” çempionat ərzində keçirdiyi görüşlərin 23-də qapısının toxunulmaz saxlayıb. Komanda ümumilikdə 9 dəfə topu tordan çıxarmalı olub.

İndiyə qədər İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa, Portuqaliya və Niderland yüksək liqasında heç bir belə göstərici qeydə alınmayıb. Əvvəlki rekord şərikli olaraq Portuqaliya təmsilçisi “Porto”ya və İngilərənin “Çelsi” klubuna məxsus idi. “Əjdahalar” 1991/1992 mövsümdə, “zadəganlar” isə 2004/2005 mövsümünün 30 turunda 10 qol buraxıb.

Aut.az

Exit mobile version