AUT.AZ

Aquerodan Messinin həyat yoldaşına gözlənilməz təklif

Argentina millisinin sabiq üzve Serxio Aquero yaxın dostu və keçmiş komanda yoldaşı Lionel Messinin həyat yoldaşı Antonella Rokkutsoya gözlənilməz təklif edib.

Aut.az xəbər verir ki, futbolçu karyerasını ötən mövsümün gedişində başa vuran argentinalı forvard onu Kral Media Liqasında Jerar Pikenin yaratdığı “Sunitas” qadın komandasında görmək istəyir.

“Biz onunla əlaqə saxlamalıyıq. Onun topu nə qədər yaxşı idarə edə biləcəyini bilmirəm, amma sınamağa dəyər”, – deyə Aquero “Twitch” hesabındakı yayım zamanı bildirib.

Serxionun başqa bir təklifi də maraqla qarşılanıb. O, Pikenin keçmiş sevgilisi Şakiranın da Kral Liqasına qatılmalı olduğuna inanır:

“Təsəvvür edin ki, Şakira “Kooney Sports”da oynayır və prezident Jerar Pikedir. Ola bilər, niyə olmasın? Hər şey mümkündür”.

Pike və Şakira 11 illik evlilikdən sonra ötən ilin iyununda ayrılıblar. Onlar “Barselona”nın sabiq futbolçusunun xəyanətinə görə qalmaqallı şəkildə münasibətlərinə son qoyublar.

Aut.az 

Exit mobile version