AUT.AZ

1,45 milyard avroluq müqavilə imzalandı: Bu layihə gerçəkləşir

“Barselona” “Espai Barça” layihəsini maliyyələşdirmək üçün investorlarla müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Layihənin həyata keçirilməsi “Spotify Camp Nou” arenasının təkmilləşdirilməsi üzrə işlərə başlamaq imkanı verəcək. Bundan əlavə, yeni infrastruktur obyektlərinin tikintisi və stadiona bitişik ərazilərin müasirləşdirilməsi nəzərdə tutulur.

“ Barsa”nın direktorlar şurası 20 investorla, o cümlədən dünya miqyasında reputasiyaya malik təşkilatlarla ümumi məbləği 1,45 milyard avro olan maliyyələşdirmə haqqında razılığa gəlib ki, bu da “Espai Barça” layihəsi üzrə bütün işlərin xərcləri əhatə edir. Müqaviləyə əsasən, “Barselona” stadionun tikintisi başa çatdıqdan sonra borcunu ödəməyə başlayacaq və güzəşt müddəti də daxil olmaqla 5, 7, 9, 20 və 24 illik ödənişləri həyata keçirə biləcək.

Bu bənd Kataloniya klubuna arenanın istismarından əldə edilən gəlirdən istifadə etməyə imkan verəcək və bu gəlirin təxminən 247 milyon avro olacağı proqnozlaşdırılır.

Klubun əmlakının girov kimi istifadə olunmayacağı və stadionun girov qoyulmadığı bildirilir.

Aut.az

Exit mobile version