AUT.AZ

“Əqrəb zərbəsi”ndən sonra vurulan qoldan zövq alın – VİDEO

İngiltərə Premyer Liqasının 32-ci turunun matçında “Bornmut” doğma meydanda “Vest Hem”ə 0:4 hesabı ilə məğlub olub.

Aut.az xəbər verir ki, qarşılaşmanın 72-ci dəqiqəsində “çəkicdöyənlərin” yarımmüdafiəçisi Pablo Fornals sağ cinahdan edilən ötürməni akrobatik tullanışla qapayaraq bu görüşdə son qolu vurub.

İspan bir az uyğun mövqe seçməsə də, “əqrəb zərbəsi” endirməyi bacarıb və baxımlı qol alınıb.

Pablo bu mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az

 

Exit mobile version