AUT.AZ

Zəng etdilər, danışdılar, amma vəd vermədi

Kalidu Kulibalı karyerasını yenidən A seriyasında davam etdirə bilər.

Aut.az “La Gazzetta dello Sport”a istinadən məlumat verir ki,  seneqallı müdafiəçinin xidmətində “Yuventus” maraqlıdır. Turin klubunun baş məşqçisi Massimiliano Alleqri daha bir mərkəz müdafiəçisi ilə müqavilə imzalamaq istəyir. O, klub rəhbərliyindən xahiş edib ki, fürsət olarsa, Kulibalinin keçidini təşkil etsinlər.

“Yuventus” futbolçunu satınalma variantı olmadan icarəyə götürməyi düşünür. O, Turin nəhənginin təklifini qəbul edərsə, illik maaşını 10 milyon avrodan 7 milyona endirməli olacaq.

Alleqri artıq “Çelsi”nin müdafiəçisi ilə əlaqə saxlayıb. Məşqçi onunla işləmək istədiyini bildirib. Futbolçu, maraqlandığı üçün məşqçiyə təşəkkür etsə də, heç nə vəd etməyib.

Kulibali bu mövsüm Premyer Liqada 22 oyuna çıxıb.

Aut.az

Exit mobile version