AUT.AZ

Yay üçün milyonlar ayırıblar: Əsas hədəf də odur

Böyük ehtimalla, mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanacaq “Nyukasl” yayda güclü transfer kampaniyası keçirməyi planlaşdırır.

Aut.az xəbər verir ki, “sağsağanlar” yayda böyük məbləğdə xərcləməyə hazırdır.  Onların əsas hədəfi isə “Barselona”nın hücumçusu Rafinyadır. Bu barədə jurnalist Qabriel Sans “Tvitter” hesabında məlumat verib.

Rafinya 2022-ci ilin yayında 58 milyon avroya “Lids”dən “Barselona”ya keçib. 41 matçda 9 dəfə fərqlənib və eyni sayda məhsuldar ötürmə edib. Mövsüm ərzində Xavi 14 görüşdə braziliyalını dəyişib. Tərəflər arasında 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.

Aut.az

Exit mobile version