AUT.AZ

Tanımadığınız Levandovski – Hamıya əşya kimi baxır

Əvvəllər Robert Levandovskinin maraqlarını təmsil edən agent Çezari Kuçarski futbolçunun əsl xarakteri haqda danışıb.

Aut.az xəbər verir ki, o, polşalını başqalarına yuxarıdan aşağı münasibət bəsləyən insan kimi xarakterizə edib:

“Levandovski və həyat yoldaşının sosial şəbəkələrdə göstərdikləri PR mütəxəssislərinin işidir. Real həyatda Robert özünü Polşanın kralı hesab edir. Onlar başqalarına əşya kimi yanaşırlar”.

Xatırladaq ki, hazırda Levandovski ilə Kuçarski məhkəmədə çəkişirlər. Agent “Barselona”nın hücumçusunu partnyorunun xəbəri olmadan şirkətin pullarını şəxsi və həyat yoldaşının hesablarına köçürməkdə ittiham edir. Levandovski isə öz növbəsində keçmiş agentini şantajda ittiham edir. Sübut kimi o, Kuçarski ilə söhbətlərinin yazısını göstərib.

Kuçarski 2010-2018-ci illərdə Levandovskinin agenti olub.

Aut.az

Exit mobile version