AUT.AZ

SSRİ-nin ilk və sonuncu prezidenti niyə “Yuventus”a azarkeşlik edib?

Dünyanın ən məşhur və nüfuzlu insanları belə futbolu sevirlər. Düzdür, onlar əksər hallarda yerli komandaları dəstəkləyirlər. Amma bəziləri də olub ki, xarici klublara azarkeşlik ediblər.

Aut.az xəbər verir ki, onlardan biri də SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovdur.

Qorbaçov “Yuventus” azarkeşi idi. Niyə məhz bu komanda? Versiyalardan birinə görə, bu cür rəğbətin səbəbi onun “Yuventus”un sahibi olan FIAT-ın rəhbəri  Canni Anyelli ilə dostluğu olub.

1995-ci ilin yazında Qorbaçov Turin Avtomobil Zavoduna səfər edib. Anyelli SSRİ-nin keçmiş prezidenti üçün “Yuve”nin təlim bazasına ekskursiya təşkil edib. Qorbaçov futbolçularla 20 dəqiqə söhbətləşib.

“Mən də sizin kimi qaça bilsəydim, əla olardı. Bir vaxtlar xokkeylə məşğul idim, amma sonradan başqa idman növü seçdim – siyasəti”, – Qorbaçov oyunçularla görüşdə zarafat edib.

Qorbaçov, həmçinin komandanı martın 12-də, məhz Anyellinin  ad günündə baş tutan “Foccia” ilə oyundakı qələbəyə görə təbrik edib. Amma o, komandanı rahatlaşmamaq üçün xəbərdar edib.

“Bir qələbə kifayət deyil. Hələlik Skudetto mövzusuna toxunmayaq, mən çox mövhumatçıyam. Amma uğura inanıram. Üstəlik, bəzi rəqiblər büdrədi və indi sizinlə hər şey qaydasındadır”, deyə “La Repubblica” Qorbaçovun sözlərindən sitat gətirib.

SSRİ-nin sabiq liderinin ümidləri özünü doğruldub. Həmin il “Yuventus” İtaliya çempionu oldu. Klubla siyasətçi arasındakı ı münasibətlər Anyellinin ölümündən sonra da davam edib.

Aut.az

 

 

Exit mobile version