AUT.AZ

“Qəbələ” elə bir oyunu xilas etdi ki…

Aprelin 21-də Azərbaycan Premyer Liqasında 31-ci tura start verilib.

Aut.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun ilk matçı Şamaxıda olub. “Kəpəz” səfərdə “Şamaxı” ilə qarşılaşıb. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Günün digər oyununda lider “Qarabağ” Konfrans Liqasına vəsiqə qazanmağa can atan “Zirə”ni doğma meydanda qəbul edib. Bu oyunda da bərabərlik qeydə alıınıb.

Bu gün – aprelin 22-də daha iki qarşılaşma baş tutub.  Günün ilk oyunu Tovuzda keçirilib. “Turan Tovuz” çempionluq mübarizəsi aparan “Sabah”ı qəbul edib və məğlub olub – 0:2. Beləliklə, “bayquşlar” bir gün əvvəl “Qarabağ”ın büdrəməsindən yararlanıb.

Günün digər qarşılaşmasında autsayder “Səbail” “Neftçi”ni qəbul etdi.  “Ağ-qaralar”ın çempionatda heç bir iddiası qalmayıb. Bu oyun ətrafında söz-söhbət yaranmışdı. Bukmeker kontorları bu qarşılaşmaya pul qoyuluşunu dayandırmışdı. Belə ehtimal olunurdu ki, “Neftçi” “Səbail”ə qəsdən uduzacaq. “Ağ-qaralar” çox zəif oynadılar, amma “Səbail” bundan yararlana bilmədi və 1 xalla kifayətləndi.

Turun son oyunu aprelin 23-də keçirilib. “Sumqayıt” “Qəbələ”ni qəbul edib. Bu qarşılaşma hər iki komanda üçün vacib əgəmiyyət kəsb edirdi. Meydan sahibləri elitada qalmaq, qonaqlar isə avrokuboklara vəsiqə verən 4-cü yer uğrunda mübarizə aparırlar. Ona görə də güzəştsiz mübarizənin olacağı şəksiz idi. Gözlənilən kimi də olub, “Qəbələ” 0:2 hesabı ilə geridə olduğu oyunu xilas etməyi bacarıb.

Azərbaycan Premyer Liqası, 31-ci tur

21 aprel

Şamaxı – Kəpəz 1:1
Qol: Emin Zamanov, 34 – Abdullahi Şuaybu, 38.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, İnqilab Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Şamaxı şəhər stadionu, 16:00

Şamaxı: 1. Rəşad Əzizli (k), 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov, 29. Ramin Əhmədov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 7. Asim Əlizadə, 11. Kamran Quliyev, 4. Arsen Ağcabəyov, 97. Tapdıq Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli.
Kəpəz: 68. Orxan Sadıqlı, 80. Tural Rzayev, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 10. Salif Sisse.
Baş məşqçi: Tərlan Əhmədov.

Qarabağ – Zirə 2:2 
Qol: Marko Yankoviç, 54. Ramil Şeydayev, 59 – Hamidu Keyta, 62. Vladislav Kulaç, 65.
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Şirmamed Mamedov, Kamran Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Azersun Arena”, 20:00

Qarabağ: 23. Luka Quqeşaşvili, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 7. Yassin Benzya, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Zirə: 1. Mehdi Cənnətov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 2. Sertan Taşkın, 9. Loris Broqno, 19. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.

22 aprel

Turan Tovuz – Sabah 0:2
Qol: Aleksey Kaşuk, 28; 66.

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Tovuz şəhər stadionu, 16:00

Turan Tovuz: 1. Tərlan Əhmədli (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 17. Natan Oduva, 24. Divine Naah, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 36. İzzət Müştaqov, 44. Elçin Qasımov, 97. Sadiq Şəfiyev, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov

Sabah: 12. Yusif İmanov14. Bəxtiyar Həsənalızadə, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev

Səbail – Neftçi 1:1
Qol: Maksim Çex, 32 – Yeqor Boqomolski, 8.

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”, 18:30

Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 15. Vüqar Həsənov, 8. Elmir Tağıyev, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Baş məşqçi: Şahin Diniyev.
Neftçi: 30. Aqil Məmmədov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 23. Ataa Caber, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Baş məşqçi: Laurentsiu Regekampf.

23 aprel

Sumqayıt – Qəbələ 2:3
Qol: Vüsal İsgəndərli, 58. Kərim Abubakar, 63 – Omar Hani, 74. Emil Səfərov, 78. Ramon Maçado, 90+5.

Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Sumqayıt Arena”, 18:00

Sumqayıt: 25. İlnur Vəliyev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 56. Ayxan Qocayev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 7. Terrens Tisdel, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.

Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

Exit mobile version