AUT.AZ

Sadıqov deyir ki, bu qələbə onundur

 “Ximki”nin investoru Tufan Sadıqov Rusiya Premyer Liqasının 24-cü turunda “Torpedo” üzərində qələbədən (4:2) sonra emosiyalarını bölüşüb.

Aut.az xəbər verir ki, azərbaycanlı iş adamı komandanın yeni baş məşqçisi Andrey Talalayevin qələbədə əməyi olduğunu qeyd edib.

“Belə bir matçdan sonra hansı emosiyalar ola bilər. Bu, məşqçi Talalayevin qələbəsidir! Bunu izah etməyin başqa yolu yoxdur”, – deyə “Sport Ekspress” Sadıqovdan sitat gətirir.

Andrey Talalaev aprelin 11-də “Ximki”nin baş məşqçisi kimi təqdim olunub.

“Ximki” Rusiya Premyer Liqasında 24 turdan sonra 15-ci yeri tutur. Komanda 17 xal toplayıb və sonuncu pillədə qərarlaşan “Torpedo”nu 4 xal qabaqlayır. Pley-offda oynamaq hüququ verən 14-cü yerdə 24 matçda 18 xal toplayan “Fakel” qərarlaşıb.

Aut.az

Exit mobile version