AUT.AZ

“Qonşular”a söz atdı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Mançester Yunayted” azarkeşlərinə söz atıb.

Aut.az xəbər verir ki, Pepə “Yunayted” azarkeşlərinin “Siti”nin trebl edə biləcəyindən qorxması haqda sual veriblər.

O, bu suala belə cavab verib:

“Onların qorxmasına ehtiyac yoxdur, biz qonşuyuq. Qonşular həmişə bir-birinə qarşı mehribandırlar”.

Qvardiolanın komandası İngiltərə Kubokunun finalına yüksəlib, Premyer Liqada 2-ci yerdədir və Çempionlar Liqasının yarımfinalında “Real”la qarşılaşacaq.

Aut.az

Exit mobile version