AUT.AZ

Plan belədir: Yeni müqavilə, 1 milyard kompensasiya

“Real” yaxın aylarda yarımmüdafiəçi Eduardo Kamavinqaya yeni müqavilə təklif edəcək.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “Tvitter” hesabında yazıb.

Yeni müqaviləyə əsasən futbolçunun maaşı artırılacaq. Fransalı yarımmüdafiəçi Premyer Liqa klublarının maraqlarına baxmayaraq, Madrid klubunda qalmaq niyyətindədir.

“Real”ın planı oyunçunun yenilənmiş müqaviləsinə sərbəst qalmaq üçün daha yüksək kompensasiya bəndinin daxil edilməsidir. Dəqiq məbləğ yaxın vaxtlarda müzakirə olunacaq. Şayiələrə görə, bu, təxminən 1 milyard avro ola bilər.

Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 49 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Kamavinqanın hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. “Transfermrkt” internet portalına görə futbolçunun təxmini transfer dəyəri 60 milyon avrodur.

Aut.az

Exit mobile version