AUT.AZ

Peresin uzaqgörənliyi – 2016-cı ildə ona məktub yazıbmış

“Real”ın müdafiəçisi Antonio Rüdiger klub prezidenti Florentino Peresin hələ “kral klubu”nda oynamadığı vaxt ona yazdığı məktub haqda danışıb.

Aut.az xəbər verir ki, Antonio çarpaz bağın zədəsindən müalicə alarkən Peresdən məktub gəlib.

“2016-cı ildə Florentino Peresdən məktub aldım, bu məktub hələ də gözümün qabağındadır. Sonra dedim ki, bir gün Madridə köçəcəyəm. Peres mənə tezliklə sağalmağı arzulayırdı. Mən buna inana bilmədim! Məktub hələ də məndədir, anama vermişəm, saxlayır”, – deyə “Goal” Rüdigerdən sitat gətirir.

Antonio Rüdiger 2016-cı ildə Almaniya millisinin düşərgəsində dizindən zədə aldı və Avro-2016-nı buraxdı.

“Çelsi” ilə Avropa Liqası və Çempionlar Liqasının qalibi olan alman müdafiəçi 2022-ci ildə “Real”a pulsuz transfer olunub.

Aut.az

Exit mobile version