AUT.AZ

Pepin qızı sosial şəbəkələri alovlandırdı – FOTOLAR

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın qızı Mariya Qvardiola sosial şəbəkələrdə paylaşdığı fotolarla izləyicilərini heyran edib.

Şəkillərdə Mariya Qvardiola İbitsanın qızmar günəşi altında poza verib. İzləyicilər fotolara xeyli şərh yazıblar. Onlardan bir neçəsini təqdim edirik:

“Pep təkcə meydanda yox, meydandan kənarda da sehrbazlıq edir”.

“Pepin ən yaxşı kuboku”.

“Pep Qvardiolanın yeganə ustad dərsi”.

“Pepə deyin ki, çaşmasın, Çempionlar Liqasının yarımfinalına da eyni heyətlə çıxsın”.

Mariyanın paylaşımı 24 saatdan az müddətdə 70 min bəyənmə toplayıb. Ümumilikdə modelin 471 000 abunəçisi var.

Bir vaxtlar futbolçu Dele Alli ilə romantik münasibətdə olan 22 yaşlı qız 2016-cı ildə atası “Mançester Siti”yə rəhbərlik edəndə ailəsi ilə birlikdə İngiltərəyə köçüb.

Aut.az

 

 

Exit mobile version