AUT.AZ

Onun qələbəsinə 1 milyon mərc etdi, yarısını tələb edir – FOTO

Aprelin 22-dən 23-nə keçən gecə Las-Veqasda amerikalı boksçular –  Cervont Deyvis (28–0, 26 KO) və Rayan Qarsiya (23–0, 19 KO) arasında döyüş olduğu haqda məlumat vermişdik.

Deyvis 7-ci raundda Qarsiyanı nokaut edib. O, 29-cu qələbəsini qazanaraq məğlubedilməz statusunu qoruyub.

Aut.az xəbər verir ki, məşhur kanadalı reper Dreyk Deyvisin qələbəsinə 1 milyon dollar mərc edib.

Dreyk 1,38 əmsalla xalis 380.000 dollar qazanıb.

Bundan xəbər tutan Deyvis Dreykdən qazancın yarısını tələb edib. Onun zarafat etdiyi, yoxsa ciddi olduğu bəlli deyil.

Aut.az

Exit mobile version