AUT.AZ

Onu qaytarmaq istəyirlər

“Barselona” “Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanqla maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “The Daily Mirror” məlumat yayıb. Bildirilir ki, Kataloniya klubu yay transfer pəncərəsində 33 yaşlı futbolçu üçün londonlulara 10 milyon funt-sterlinq (indiki məzənnə ilə təxminən 11 milyon avro) təklif etməyə hazırdır.

Xatırladaq ki, Obameyanq 2022-ci ilin sentyabrında 12 milyon avroya “Barselona”dan “Çelsi”yə keçmişdi. Hücumçu bu mövsüm “təqaüdçülər”in heyətində 19 oyun keçirib (ümumilikdə 871 dəqiqə), 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version