AUT.AZ

Madriddəki arena da Gəncədəkinin günündə

Karlo Ançelotti “Santyaqo Bernabeu”da meydançanın vəziyyətindən narazıdır.

Aut.az xəbər verir ki, “Real”ın baş məşqçisi “Selta” ilə ev oyunundan (2:0) sonra narazılığını bildirib.

“Düşünürəm ki, ətrafımızdakı atmosfer bizə çox kömək edir və əlimizdən gələnin ən yaxşısını yüz faiz və hətta daha çox göstərməyə imkan verir. Ona görə də hesab edirəm ki, bütün futbolçular bizə hər zaman böyük sevgi bəxş edən azarkeşlərimizə minnətdardırlar.

Qazonda problem var, onun üzərində işləyirlər. Davam edən işlərin otun keyfiyyətinə təsir etdiyi aydındır və bu, təəccüblü deyil. Biz dözməliyik. Ümid edək ki,  “Siti” ilə ilk oyuna qədər hər şey düzələcək”, – Ançelotti deyib.

Mayın 9-da Çempionlar Liqasının yarımfinalında “Real” “Mançester Siti”ni qəbul edəcək.

Aut.az

Exit mobile version