AUT.AZ

Məşhur aktyorların komandası Milli Liqada çempion oldu

Hollivud aktyorları Rayan Reynolds və Rob Makelhennin  ortaq sahibi olduğu “Reksem” daha üst liqaya yüksəlib.

Aut.az xəbər verir ki, aprelin 22-də “Reksem” evdə “Borhem Vud”u 3: 1 hesabı ilə məğlub edərək, İngiltərənin beşinci divizionu olan Milli Liqada çempion olub.

2023/24 mövsümündə “Reksem” dördüncü divizionda çıxış edəcək. Komanda 2008-ci ildən sonra ilk dəfə daha yüksək liqada oynayacaq.

Aut.az

 

Exit mobile version