AUT.AZ

Las-Veqasda məğlubedilməzlərin super döyüşü – VİDEO

Aprelin 22-dən 23-nə keçən gecə Las-Veqasda (ABŞ) “T-Mobile Arena”da super döyüş keçirilib.

Aut.az xəbər verir ki, məğlubedilməz amerikalı boksçular –  Cervont Deyvis (28–0, 26 KO) və Rayan Qarsiya (23–0, 19 KO) rinqə çıxıblar.

Deyvis 7-ci raundda Qarsiyanı nokaut edib. O, 29-cu qələbəsini qazanaraq məğlubedilməz statusunu qoruyub.

Rayan Qarsiya peşəkar karyerasında ilk dəfə məğlub olub.

Aut.az

 

Exit mobile version