AUT.AZ

İmtina etdilər – O qədər pul istədi ki…

“Barselona” “Liverpul”un hücumçusu Roberto Firminonu azad agent kimi almaqdan imtina edib.

Aut.az xəbər verir ki, buna səbəb 31 yaşlı futbolçunun maliyyə tələbləri olub. Bu barədə jurnalist Jerar Romero “Tvitter” hesabında məlumat verib. Mənbənin məlumatına görə, ispan klubu braziliyalı hücumçunun mövqeyi üçün daha münasib büdcəli variantlar axtarır.

31 yaşlı Firmino 2015-ci ildən “Liverpul”da çıxış edir. Braziliyalı hücumçu “qırmızılar”ın heyətində 352 oyun keçirib, 107 qol vurub və 78 məhsuldar ötürmə edib. Firmino “Liverpul”un heyətində İngiltərə çempionu (2020) və Çempionlar Liqasının qalibi (2019) olub. Braziliyalının ingilis klubu ilə müqaviləsi yayda başa çatır.

Firmino bu mövsüm bütün turnirlərdə 33 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version