AUT.AZ

Emreli oynadı?

Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” da bu gün növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kasımpaşa” ilə qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşmada futbolçumuzun komandası qələbə qazanıb – 2:1.

Mahir də bu görüşün iştirakçısı olub. O, 39-cu dəqiqədə meydana buraxılıb.

“Konyaspor” hazırda 42 xalla 8-ci pillədə qərarlaşıb.

Exit mobile version