AUT.AZ

Bu oyunun ertəsi günü ərəblərlə görüşəcək

PSJ-nin argentinalı hücumçusu Lionel Messi mayın 1-də Səudiyyə “Əl-Hilal”ının rəhbərləri ilə görüşəcək.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Rudi Qaletti “Tvitter” hesabında yazıb.

Mənbənin sözlərinə görə, tərəflər arasında görüş “Loryan”la matçın ertəsi günü keçiriləcək. Səudiyyə klubu Messini ildə təxminən 400 milyon avro maaşla futbol tarixinin ən çox məvacib alan oyunçusu etmək istəyir.

35 yaşlı Messinin PSJ ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Argentinalı Paris klubuna 2021-ci ilin yayında keçib. Messi PSJ ilə Fransa çempionu olub. Hücumçu Fransa klubuna keçməzdən əvvəl uzun müddət İspaniyanın “Barselona”sında çıxış edib.

Aut.az

Exit mobile version