AUT.AZ

Başından böyük danışan iranlını elə hala saldı ki…

Şeffilddəki məşhur “Crucible Arenada” 2023-cü il Dünya Snooker Çempionatı davam edir. Turnirdə 1/8 final mərhələsinin qarşılaşmaları keçirilir.

Aut.az xəbər verir ki, əfsanəvi ingilis snooker oyunçusu Ronni O’Sallivan titulunu qorumaqda iddialıdır. O, 1/8 finalda Hossein Vafaei adlı iranlıya qalib gəlib (13:2).

Ronni ilə oyundan bir neçə gün əvvəl iranlı gözlənilmədən əfsanə haqqında ağzına gələni danışmışdı: “Ronni yalnız yatanda yaxşı insan olur. Onun xəstəliyi? Ronni həmişə özünə bir bəhanə tapır, 30 ildir ki, bununla məşğuldur. Bir il əvvəl iranlı dedi ki, Raketa təqaüdə çıxmalıdır, çünki o, artıq snooker üçün pis oyunçudur”.

Onun başından yekə danışmasından sonra Mark Uilyams zarafatla demişdi ki, Ronni matçı darmadağınla qazanacaq. Və belə oldu! Boa ilanı kimi sakit olan Ronni, sadəcə olaraq, rəqibini 13:2 hesabı ilə məhv etdi. Düzdür, matçın sonu sakit, təbəssüm və qucaqlaşma ilə bitdi.

Aut.az

Exit mobile version