AUT.AZ

UEFA cəza verəcək, amma o vaxt ki…

UEFA bu yay Neqreyra qalmaqalına görə “Barselona”nı cəzalandırmayacaq.

Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. Bildirilir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı məhkəmədə hər şeyin aydınlaşdırılmasını gözləyəcək və ondan sonra qərar verəcək.

Daha əvvəl UEFA-nın “Barselona”nı Çempionlar Liqasından kənarlaşdıra biləcəyi ilə bağlı məlumat yayılmışdı.

Xatırladaq ki, Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Henrikes Neqreyraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırıb. “Barsa” 2001-2018-ci illərdə klubdan 7,3 milyon avro alan Neqreyraya hakim hesabatları üçün pul ödədiyini iddia edir.

Aut.az

Exit mobile version