AUT.AZ

Təklif alıb ki, imtina da etsin? – Mətbuatın uydurmasıdır

“Bavariya”nın sabiq baş məşqçisi Yulian Naqelsmann “Çelsi”nin təklifindən imtina etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, mütəxəssisin qısa açıqlamasından belə çıxır ki, yayılan məlumat, sadəcə mətbuatın uydurmasıdır.

“Bir şeydən imtina etmək üçün əvvəlcə gərək onunla bağlı təklif alasan”, – “Sky Sport Germany” Naqelsmanndan sitat gətirib.

35 yaşlı Naqelsmann 24 mart 2023-cü ildə “Bayern”dən qovulub və o vaxtdan bəri işsizdi.

Aut.az

 

Exit mobile version