AUT.AZ

Son 57 ildə İngiltərədə belə şey olmamışdı

“Mançester Siti” İngiltərə Kubokunun ilk finalçısı olub.

Aut.az xəbər verir ki, Xosep Qvardiolanın komandası yarımfinalda Riyad Mahrezin het-triki ilə “Şeffild Yunayted”i 3:0 hesabı ilə məğlub edib.

Finala gedən yolda “Mançester Siti” bir qol da buraxmayıb. “Opta”nın məlumatına görə, bu, son 57 ildə İngiltərə Kubokunda ilk belə haldır. 1965/66 mövsümündə belə uğura “Everton” nail olmuşdu.

“Mançester Siti” aprelin 23-də keçiriləcək finalda “Mançester Yunayted” – “Brayton” matçının qalibi ilə qarşılaşacaq.

Aut.az

Exit mobile version